Qadin.NET / Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ

Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ

Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ


Dünyanın demək olar ki, bütün ölkələrində kişilər qadınlara nisbətən COVID-19 səbəbilə daha tez ölür və bunda siqaretin böyük rolunun olması mümkündür.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə ispaniyalı neyroloq Dieqo Redolar məlumat verib. O qeyd edib ki, hər iki cinsin nümayəndələri virusa İspaniyada və digər ölkələrdə təxminən eyni dərəcədə yoluxur:

“Lakin ağırlaşmalar və ölümcül nəticələr kişilərdə daha çox müşahidə olunur - dünyada son həftənin nəticələrinə əsasən, bu göstərici orta hesabla 2,5 dəfə çoxdur və yaşla əlaqəsi yoxdur. Bu rəqəmlər bəzi kişilərin daha çox siqaret çəkməsi ilə əlaqəli olduğunu düşünməyə əsas yaradır. İspaniyada kişilərin təqribən 25% -i, qadınların isə 18% -i siqaret çəkir”.

O da məlum olub ki, koronavirusdan ölən xəstələrin 30% -i siqaret çəkib.

Xatırladaq ki, elm adamları kişilərin koronavirus qurbanı olma ehtimalının yüksək olması sualları ətrafında araşdırmalar aparır. Tədqiqatçılar kişilərin daha çox COVID-19-un qurbanı olma səbəblərini anlamadıqlarını, ancaq qadınların daha güclü immun sisteminə sahib olduqlarını və xəstələri daha həssas edən xroniki xəstəliklərə tutulma ehtimalının az olduğunu söyləyib.

Buna baxmayaraq, siqaret çəkənlərin koronavirus infeksiyasını daha ağır keçirmələri barədə məlumatlar olduqca mübahisəlidir. Fransanın Pasteur İnstitutu tərəfindən yayımlanan statistikaya görə, ağır vəziyyətdə olan 350 xəstədən ibarət qrupda yalnız 4.4 faizi siqaret çəkib.

Redolar fransız tədqiqatçıların nəticələrinin onun gəldiyi fikirlərlə zidd olmadığını düşünür. İspan mütəxəssis nikotinin virusla mübarizədə müəyyən dərəcədə təsirli ola biləcəyini qəbul edib, lakin qeyd edib ki, siqaretin heç bir şəkildə faydası ola bilməz:

“İnsanlar başa düşməlidir siqaret COVID-19-dan qoruya bilməz, əksinə bu bir riskdir”

6 may 2020
GO BACK