Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın ürək əməliyyatı keçirməsi ilə bağlı iddiaları təkzib edib.
Qadin.Net bildirir ki, bu barədə BBC məlumat yayıb.
Cənubi Koreyanın Kəşfiyyat Agentliyinin rəhbəri Suh Hun parlament komitəsində çıxış edib və Kim Çen Inın səhhəti ilə bağlı şayiələrin doğru olmadığını vurğulayıb.
Bununla yanaşı, agentlik rəhbəri Şimali Koreya liderinin bu il cəmi 17 dəfə ictimaiyyət arasına çıxdığını qeyd edib. S.Hun mövcud vəziyyətin koronavirusla bağlı ola biləcəyini vurğulayıb