Qadin.NET / Dreykin 663 minlik döşəyi diqqət çəkdi

Dreykin 663 minlik döşəyi diqqət çəkdi

Dreykin 663 minlik döşəyi diqqət çəkdi


Kanadalı dünyaca məşhur repçi Dreyk özünə sərvət dəyərində döşək alıb.

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, repçi İsveçin ən bahalı döşək şirkəti “Hanstens”in istehsalı olan “Grand Vividus” modeli üçün 390 min dollar (təxminən 663 min manat) pul ödəyib.

600 saat əl işi sərf olunan yarım tonluq qara rəngli döşək at saçından və yumşaq dəridən hazırlanıb.

Sözügedən model əvvəlcədən sifarişlə il ərzində 12 ədəd istehsal olunur.

İndiyə qədər isə dünyanın ən bahalı döşəyi eyni şirkət tərəfindən hazırlanan “Vividus Classic” modeli hesab edilirdi. Onun qiyməti 190 000 dollar idi (təxminən 323 min manat).

 

Qeyd edək ki, Dreykin 150 milyon dollar sərvəti var. O, dünyanın 5 ən zəngin repçilərindən biridir.

Dreykin 663 minlik döşəyi diqqət çəkdi

Dreykin 663 minlik döşəyi diqqət çəkdi

Dreykin 663 minlik döşəyi diqqət çəkdi


6 may 2020
GO BACK