Tacikistanda məktəb və bağçalarda tətilin vaxtı avqustun 16-dək uzadılıb.
Qadin.Net bildirir ki, bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, imtahanlar iyunun ikinci yarısında keçiriləcək. Avqustun 17-dən isə yeni dərs ili başlayacaq.
Qeyd edək ki, Tacikistanda ilk yoluxma halı bir neçə gün öncə qeydə alınıb.
Son məlumatlara görə, ölkədə 230 nəfər koronavirusa yoluxub. Daha 3 208 nəfər həkim nəzarətindədir.