“Əgər situasiya pisləşməyə doğru gedərsə, xüsusi karantin rejimi regional və ya ölkə miqyasında sərtləşdirilə bilər”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, insanlar karantin rejiminin tələblərinə riayət etməlidirlər:
“Gigiyena məsələsi əsasdır. Maska taxılmalıdır. Təəssüf ki, bu gün qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakı artımda da görə bilərik”
[media=https://baku.tv/az/cemiyyet/18151/]