Keçmiş həyat yoldaşı, serbiyalı Emina Yahoviçlə yenidən evlənəcəyi ilə bağlı iddiaları yalanlayan Tükiyənin məşhur müğənnisi Mustafa Sandal dəbdəbəli villasını satışa çıxarıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, 650 kvadratmetrlik dörd mərtəbəli villasını müğənni 4 milyon 131 min dollara (7 milyon 23 min manat - red.) satmaq qərarına gəlib
Keçmiş cütlüyün əldə etdiyi razılığa əsasən, Ulus Savoydan alacaqları iki ev oğlanları Yavuz və Yamanın olacaq.
Qeyd edək ki, 2008-ci ildə Emina Yahoviçlə ailə quran Mustafa Sandal 2018-ci ildə boşanıb.