Qadin.NET / Koronavirusun yeni simptomu məlum çıxdı

Koronavirusun yeni simptomu məlum çıxdı

Koronavirusun yeni simptomu məlum çıxdı


ABŞ-da bəzi mütəxəssislər koronaviruslu xəstələrdə “xoşbəxt oksigen çatışmazlığı” adlı bir vəziyyətin müşahidə olunduğunu iddia ediblər.

Qadin.Net bildirir ki, “Sciencemag” xəbər verir ki, qanda oksigenin doyma səviyyəsinin pis olmasına baxmayaraq, bu simptomlu xəstələr sağlam görünür.

Nyu-Yorkda işləyən həkim Ruben Streyer koronaviruslu xəstələrin bu vəziyyətdən təəccübləndiklərini deyir:

“Monitorda gördüklərimizlə xəstənin görünüşü arasında böyük bir uyğunsuzluq müşahidə edirik”.

Sağlam insanların qanında oksigenin doyma səviyyəsinin ən az 95 faiz olduğunu xatırladan mütəxəssis Elnara Marsia Neqri COVID-19 xəstələrində bu səviyyənin 80, 79 və hətta 50 faizə düşməsinə baxmayaraq, sağlam görünə bildiyini qeyd edib.

5 may 2020
GO BACK