Qadin.NET / Nadejda Babkinanın sözlərinə kimsə inanmadı

Nadejda Babkinanın sözlərinə kimsə inanmadı

Nadejda Babkinanın sözlərinə kimsə inanmadı


Bir ay əvvəl iynə ilə süni komaya salınan rusiyalı müğənni Nadejda Babkina xəstəxanadan evə buraxılıb.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, pnevmaniyaya yoluxduğu deyilən sənətçi İnstaqram səhifəsində video paylaşaraq pərəstişkarlarına və həkimlərə təşəkkürünü bildirib.

İzləyicilər isə komada olan və uzun müddət xəstəxanada qalan Nadejdanın yaxşı vəziyyətdə görünməsindən şübhələnib, onun yalan danışdığını, səhhəti ilə bağlı heç bir probleminin olmadığını iddia ediblər.

Onlar 70 yaşlı bir qadının ağır diaqnozdan sonra tez bir müddətdə özünü bərpa etməsinə inanmadıqlarını qeyd ediblər. Bəziləri isə Nadejdanın karantin müddətində istirahət mərkəzlərinin birində dincəldiyini yazıblar

Nadejda Babkinanın sözlərinə kimsə inanmadı


5 may 2020
GO BACK