“Avtobusların hərəkət edərkən sıxlığa düşməməsi üçün avtobus zolaqlarının olmasını təklif etmişik”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Sədr qeyd edib ki, təklif dəyərləndirildikdən sonra qərar veriləcək:
“Yeni gələn avtobuslar marşrut xətlərinə yerləşdirildikdən sonra istifadə olunmayan avtobusları qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün təqdim edəcəyik”.