Türkiyəli müğənni Demet Akalın “Survivor Ponorama” proqramının aparıcısı Hakan Hatipoğlunun İnstaqramdakı səhifəsi ilə birgə canlı yayım edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, koronavirus təhlükəsindən danışan sənətçi pandemiyanın bitmə tarixini öyrənmək üçün müxtəlif yollara əl atdığını söyləyib:
“Ay sonuna qədər hər şey yaxşı olacaq. Soruşmadığım astroloq qalmayıb. Bakıdakı astroloqlardan belə soruşmuşam. Hamısı 15 mayda müsbət bir şeyin olacağını dedilər. 20 il bundan əvvəlki falçı tanışıma belə zəng etmişəm”