Qadin.NET / Hansı halda koronavirusa qarşı immunitet yarandığı açıqlandı

Hansı halda koronavirusa qarşı immunitet yarandığı açıqlandı

Hansı halda koronavirusa qarşı immunitet yarandığı açıqlandı


“Koronavirusdan sağalanların hamısında immunitet yaranmır”.

360tv-nin xəbərinə görə, bu barədə rusiyalı professor Anton Yerşov məlumat verib.

Onun sözlərinə görə, anticisimlərin yaranması üçün xəstəlik orta ağırlıqda keçməlidir. Qalan iki halda – xəstəlik çox yüngül və çox ağır keçərsə - koronavirusa qarşı immunitet yaranmır. 

“Sağlam həyat tərzi keçirən bəzi insanlar, ümumiyyətlə, COVID-19-a yoluxduqlarından xəbərsiz ola bilərlər. Müvafiq olaraq, orqanizm də bu infeksiyaya qeyri-ciddi yanaşır və onun üçün anticisim istehsal etmir.

Koronavirus, əksinə, çox ağır formada keçdikdə kompensator qüvvələr müdafiənin formalaşmasına deyil, sağ qalmağa yönəlir. Yəni orqanizmin anticisim istehsal etməyə, sadəcə, gücü çatmır”, - deyə professor vurğulayıb.

Son məlumatlara görə, dünyada 3 566 487 nəfər koronavirusa yoluxub. Dünya üzrə virusdan ölənlər 248 302, sağalanlar isə 1 154 550 nəfərdir.

4 may 2020
GO BACK