Qadin.NET / Murat Yıldırımdan təqdirəlayiq addım

Murat Yıldırımdan təqdirəlayiq addım

Murat Yıldırımdan təqdirəlayiq addım


Türkiyənin məşhur aktyoru Murat Yıldırım təqdirəlayiq addımı ilə diqqətləri üzərinə cəmləyib.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, sənətçi min ailəyə iftar süfrəsi açıb.

Aktyor yaxın dostu, Afrikada çəkdiyi şəkillərlə tanınan fotoqraf Gökhan Emre Akılın vəsiləsi ilə Efiopiyadakı köməyə ehtiyac olan 1000 ailəyə yardım edərək, onlar üçün iftar süfrəsi açıb.

Efiopiyalı uşaqlar əllərində “Murat Yıldırım sənə təşəkkür edirik” yazılı kağızlar tutaraq, aktyora minnətdarlıqlarını bildiriblər.

Məşhurun hamıya örnək olacaq bu addımı sosial media əhli tərəfindən rəğbətlə qarşılanıb.

Murat Yıldırımdan təqdirəlayiq addım


4 may 2020
GO BACK