Azərbaycanda koronavirusa yoluxmuş daha 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasında bildirilib.
Qeyd olunub ki, bununla da ölkədə virusdan sağalanların ümumi sayı 1441-ə çatıb.
Daha 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.