Türkiyəli aktrisa Nilperi Şahinkaya ötən gün İstanbulun Bebek səmtində görüntülənib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa evdə oturmaqdan dizlərində problem yarandığını və bu səbəbdən ara-sıra yürüyüşə çıxdığını bildirib.
Müxbirlər Nilperiyə yaxın dostu Kərəm Bürsinin həmkarı Demet Özdemirlə eşq yaşamaları barədə sual verdikdə isə aktrisa təşvişə düşüb:
“Xahiş edirəm məni qatmayın. Mən bilmirəm. Varsa da xeyirli və uğurlu olsun”.