Türkiyənin TV8 kanalında yayımlanan “Survivor” yarışması Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna isə reality şounun iştirakçıları Barış Murad və Yasin Obuzun dava kadrları səbəb olub.
Görüntüləri izləyən şura uşaqların yatmadığı saatda yayımlanan davada təhqir və jarqon ifadələrin işlədilməsini nəzərə alaraq TV8-I yüksək məbləğdə pul cəzası ilə cərimələyib.