Qadin.NET / Kim Çen Inın əlində müəmmalı iz tapıldı - FOTO

Kim Çen Inın əlində müəmmalı iz tapıldı - FOTO

Kim Çen Inın əlində müəmmalı iz tapıldı - FOTO


Koreya Demokratik Respublikasının lideri Kim Çen In 20 gündən sonra ictimaiyyət qarşısına çıxanda onun əlində müəmmalı iz aşkar edilib.

Bu barədə “The Mirror” yazır.

ABŞ-da tibb sahəsinin mütəxəssisləri hesab edirlər ki, dövlət başçısının əlindəki iz ürək-damar xəstəlikləri zamanı aparılan prosedurlardan xəbər verə bilər. Ola bilsin ki, KXDR-nın liderinin sağ mil arteriyasına punksiya yeridilib.

Qeyd edək ki, Kim Çen In aprelin 11-dən ictimaiyyət qarşısına çıxmamışdı. O, aprelin 15-də babası, KXDR-nın əsasını qoyan Kim İr Senin doğum günündə iştirak etmədiyi üçün siyasətçinin ölməyi və ya xəstələnməyi ilə bağlı şayiələr yayılmağa başlamışdı.Lakin mayın 2-də Şimali Koreyanın liderinin Sunçhondakı gübrə zavodunun açılış mərasimində iştirak etdiyi kadrlar yayılmağa başladı. Şayiələrə baxmayaraq, şəkillərdə Kim Çen In sağlam görünür.

3 may 2020
GO BACK