Qadin.NET / Britni Spirsin evi yandı

Britni Spirsin evi yandı

Britni Spirsin evi yandı


ABŞ-ın pop ulduzu Britni Spirsin evinin idman zalında yanğın çıxıb.

Qadin.Net bildirir ki, “Haber Global”ın məlumatına görə, bu barədə məşhur müğənni sosial şəbəkə hesabında bildirib.

Bir qədər əvvəl rəqs edərkən ayağı sınan pop ulduz başına gəlmiş növbəti bədbəxt hadisədən danışıb. Hadisənin təxminən altı ay əvvəl baş verdiyini bildirən B.Spirs məşqdən sonra zaldakı şamlardan birini söndürməyi unudub. Nəticədə yanğın başlayıb. Xəbərdarlıq siqnalı vaxtında işə düşdüyü üçün heç kim xəsarət almayıb. Lakin idman zalındakı bir neçə alətdən başqa demək olar ki, hər şey yanıb

2 may 2020
GO BACK