Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson “Twitter” istifadəçilərini məşq zamanı zərbələrini vurma sürəti ilə heyrətləndirib.
İdmançı məşq etdiyi videoçarxı özünün sosial şəbəkədəki hesabında paylaşıb.
Kadrlardan görünür ki, 53 yaşlı Tayson məşqçisi ilə zərbə vurma və yerdəyişmə üzərində işləyir.
“Twitter” istifadəçiləri sabiq dünya çempionunun hərəkətləri hansı güc və sürətlə yerinə yetirdiyinə fikir veriblər.
Xatırladaq ki, Tayson nümayiş xarakterli çıxış üçün rinqə dönə biləcəyini demişdi və qeyd etmişdi ki, müntəzəm məşqlərə qayıdıb.