Qadin.NET / Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı

Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı

Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı


“Rospotrebnadzor” (Rusiyanın “İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”i) mövsüm allergiyası ilə koronavirus infeksiyasının simptomları arasındakı fərqi izah edib. 

Müvafiq məlumat qurumun saytında yerləşdirilib.

Bildirilir ki, COVID-19-dan fərqli olaraq mövsüm allergiyası (pollinoz) zamanı bədənin hərarəti normada qalır, zəiflik və yorğunluq olmur, eləcə də öskürmə və təngənəfəslik  müşahidə olunmur (bronxial astmadan əziyyət çəkənlər istisnadır). Allergiyanın başlıca simptomları burunun axmağı, boğazın qıcıqlanması, gözlərin qızarması və sulanması, eləcə də dərinin qaşınmasıdır. 

Mütəxəssislər qeyd ediblər ki, pollinoz koronavirusa yoluxanların səhhətini ağırlaşdırmır. İstisna isə ağır bronxial astma və ağciyərin xroniki xəstəliklərindən əziyyət çəkən xəstələr təşkil edir.

2 may 2020
GO BACK