Qadin.NET / Şakiradan gözlənilməz addım

Şakiradan gözlənilməz addım

Şakiradan gözlənilməz addım


Müğənni Şakira Kolumbiyadakı məmləkəti Barranquillaya 50 min maska və 10 min respirator göndərib.

Qadin.Net publika.az-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin meri sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, qoruyucu vasitələr artıq xəstəxanalar arasında bölüşdürülən fonda köçürülüb.

“İşlərinizə və məhəbbət dolu mesajınıza görə bələdiyyə sədrinin kollektivinə təşəkkür edirəm! Barranquillalılar məni Şaki adlandıranda həyəcanlanıram”, - deyə müğənni şərhlərə cavab verib.

“Eltiempo” portalının verdiyi məlumata görə, bir ay əvvəl Şakira bələdiyyə başçısına zəng edərək İspaniyada öyrəndiklərini və epidemiya ilə mübarizə yollarını izah edib.

Müğənni Adelita de Çar Universitet Xəstəxanasına respirator bağışlayıb. Bu qurum bələdiyyə başçısı tərəfindən koronavirus xəstələrini qəbul edən əsas mərkəz olaraq təyin edilib

1 may 2020
GO BACK