Qadin.NET / Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır

Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır

Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır


Koronavirus pandemiyasına qarşı elan olunan qabaqlayıcı tədbirlər nəticəsində evlərində hərəkətsiz şəkildə qalan insanların sağlamlığına başqa təhlükələr yarana bilər.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər hərəkətsizliyin beynin funksiyalarına mənfi təsir göstərdiyini və xroniki xəstəliklərin əmələ gəlməsinə münbit şərait yaratdığını bildirir.

Demans, Altsheymer kimi beyin xəstəliklərinin bu dövrdə sürətlə arta biləcəyinə diqqət çəkən elm adamları bunların indi deyil, aylar sonra ortaya çıxacağını xəbərdarlıq edir.

Xüsusilə virusa yoluxmada risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin şəkər, təzyiq, əzələ-sümük əriməsi, ortopedik, ürək-damar xəstəlikləri kimi problemlərlə qarşı-qarşıya qala biləcəyi vurğulanır. Bunlar da COVID-19 qədər təhlükəli və genişmiqyaslı problemlərə çevrilə bilər.

Daxili xəstəliklər və geriatriya mütəxəssisləri yaşlılarda depressiya, psixoloji problemlər, D vitamini çatışmazlığı, sümük əriməsi kimi problemlərin evdən çıxmamağın nəticəsi olaraq uzun müddət görüləcəyini diqqətə çatdırır.

Sağlam qidalanma mütəxəssisləri pandemiya günlərində ideal qidalanma nizamını yaxalamaq üçün 9 tövsiyə verib:

Nizamlı qida qəbulu: tək çeşidli bəslənməyin. Meyvə-tərəvəzlərin müxtəlifliyinə diqqət edin.

Naharları ötürməyin: uzun aclıqlar və detokslar bu dövrdə doğru qidalanma sistemi deyil.

Su için: gündə 2- 2,5 litr.

Protein əsaslı qidalanın: həftədə 2-3 dəfə balıq yeyin. Yaşıl mərci də buraya daxil edilə bilər.

Gündə 2 qab meyvə yeyin: orta hesabla 2 ovuc naringi, kivi, portağal, alma və s.

Salatlara sarıkök və zeytun yağı əlavə edin: Sarıkök immun sistemini möhkəmləndirir.

Qatıq və ya kefir: bağırsağın florasını balanslaşdırmaq və kalsium ehtiyacını qarşılamaq üçün əla seçimlərdir.

Hərəkət edin: evin içində gündə 2500-4000 min addım atın.

Mövsümi qidalara üstünlük verin: bu, orqanizm üçün ən faydalı qidalanma formasıdır.

1 may 2020
GO BACK