Qadin.NET / SON DƏQİQƏ: Çin RƏSMƏN AÇIQLADI - Koronavirusun laboratoriyadan sızması...

SON DƏQİQƏ: Çin RƏSMƏN AÇIQLADI - Koronavirusun laboratoriyadan sızması...

 

SON DƏQİQƏ: Çin RƏSMƏN AÇIQLADI - Koronavirusun laboratoriyadan sızması...



 

Çindən yeni tip koronavirusun necə ortaya çıxması ilə bağlı yayılan iddialara rəsmi reaksiya gəlib.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi COVID-19 virusunun Uhan Virologiya İnstitutunun laboratoriyasından çıxdığını təkzib edib.

Nazirliyin mətbuat katibi Qenq Şuan institutda verdiyi açıqlamada buranın virus yaratmaq və dizayn etmək qabiliyyətinə malik olmadığını və bunu heç vaxt etmədiyini bildirib.

İnstitutdakı laboratoriyanın hər hansı patogenin sızmasının qarşısını alacaq biotəhlükəsizlik tədbirlərini tətbiq etdiyini dilə gətirən Şuan iddiaları əsassız və uydurma adlandırıb.

O, virusun qaynağının qarışıq elmi problem olduğunu, elm adamları və professionallar tərəfindən analiz edilməli olduğunu ifadə edib.

1 may 2020
GO BACK