“Koronavirus infeksiyası aşkar etmədiyimiz rayonlar var. Amma həmin rayonlarda risk davam etdiyi üçün o ərazini sarı zonaya salırıq”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, əgər ətraf rayonlarda da yoluxma aşkar olunmazsa, həmin sahəni yaşılla rəngləyə bilərik və prosesin sıfırlandığını açıq qeyd edə bilərik:
“Buna bölgə üzrə apardığımız epidemioloji təhlillərə əsasən qərar veriləcək”.