COVID-19 pandemiyası iki ilə qədər davam edə bilər.
“Bloomberg”in məlumatına görə, bunu ABŞ-da Minnesota Universiteti İnfeksion Xəstəliklər Araşdırma Mərkəzinin alimləri bildiriblər. Onların sözlərinə görə, xəstəlik 2022-ci ildən sonra da müəyyən fasilələrlə müşahidə edilə bilər. Mütəxəssislərin fikrincə, dünya əhalisinin üçdə ikisi yoluxub sağalmayınca, virusa nəzarət edə bilməyəcəklər. COVID-19-a yoluxmanın bəzi hallarda simptomsuz davam etməsi isə əlavə təhlükə adlandırılıb.Tədqiqatçılar dünya hökumətlərini yaxın gələcəkdə pandemiyanın sona çatmayacağına və yaxın iki ildə yenilənmiş güclə yayıla biləcəyinə hazır olmağa çağırıblar.Bununla birlikdə, peyvəndlərin ilk məhdud dəstləri 2021-ci ilə qədər hazır ola bilər.