Qadin.NET / Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ


Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi birgə məlumat yayıb.

DİM-dən verilən xəbərə görə, məlumatda deyilir:

“Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mayın 4-dən 31-dək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinifə qəbulun təşkili, təhsil alanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək. 

1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur”.

1 may 2020
GO BACK