Qadin.NET / Madonna yenə koronavirusdan yazdı

Madonna yenə koronavirusdan yazdı

Madonna yenə koronavirusdan yazdı


Dünya ulduzu Madonna koronavirus testi etdirdiyini bildirib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu haqda İnstaqramında paylaşım edən müğənni görüntüsünü "Karantinin 14-cü günü" şərhi ilə paylaşıb.

Bir cihaz arxasında oturan Madonna orqanizmində immuniteti və infeksiyalarla mübarizəni gücləndirən antikorların olduğunu vurğulayıb:

"Ötən gün test etdirdim və antikorlara sahib olduğumu öyrəndim. Buna görə sabah avtomobilimlə uzun bir səyahətə çıxacağam. Pəncərəni açıb Covid-19 havası alacağam. Ümid edirəm günəş parlayır".

Qaranlıq otaqda oturan Madonna şam işığında koronavirusla bağlı karantin günlərindəki gündəliyini yazdığını vurğulayıb. O, virusla mübarizədən söz açıb. Müğənni infeksiyaya qarşı toxunulmaz olduğunu bildirib.

Qeyd edək ki, Madonna ötən ay gül ləçəkləri ilə dolu vannaya uzanaraq video paylaşmış və "COVİD-19 yaşa, məşhurluğa, zənginliyə, ağıla, harada yaşadığına baxmır. O, böyük tarazlayıcıdır. Bu səbəbdən də qorxulu və böyükdür. Bizi müxtəlif aspektlərdə bərabərləşdirməsi həm dəhşətli, həm də gözəldir. Əgər gəmi suyun dibinə getsə, hamımız birlikdə boğulacağıq" sözlərini yazmışdı. Onun fikirləri tənqid edildikdən sonra ifaçı paylaşımını silib.

1 may 2020
GO BACK