ABŞ-ın “ABC” telekanalının müxbiri Uill Riv səhər yuxulu olduğu səbəbindən gülməli vəziyyətə düşüb.
O, hərgün yayımlanan “Good Morning America” verilişinə şalvarsız çıxıb.
U.Riv müsahibəsində vətəndaşlara dronla dərman çatdıran ABŞ apteklərindən danışıb.
Qeyd etmək lazımdır ki, müxbir artıq bu hadisəni öz “Twitter” hesabında şərh edib.
“Mən effektli görünmək üçün səhər erkəndən efirə hazırlaşırdım. Buna görə də yuxulu idim. Kameranı düz yerləşdirmədiyim üçün belə gülünc vəziyyətə düşdüm. Artıq işə qayıtmağa hazıram. Və mütləq şalvar geyinəcəm”, - deyə U.Riv zarafat edib.
[media=https://baku.tv/az/watch/17884/]