Hindistanda koronavirus epidemiyasına görə kasıb ailələrə yardım kimi təqdim edilmiş bir kiloqramlıq un torbalarında olan pulla bağlı həqiqət üzə çıxıb.
Qadin.Net bildirir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Yardımın, əslində, məşhur Bollivud ulduzu Amir Xan tərəfindən edilmədiyi, hadisənin sosial şəbəkələrdə bu cür qələmə verildiyi və müəllifin anonim olduğu qeyd olunur.
Həmçinin, bildirilir ki, yardımın miqdarı iddia olunduğu kimi 200 deyil, 30 dollar imiş.