Müğənni Hadisə sevgilisi Kaan Yıldırımın ailəsi ilə tanış olaraq evlilik yolunda ilk addımını atıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi yaxın dostlarına tez ərə getmək istədiyini etiraf edib. O bildirib ki, ana olmaq istəyir.
Hər dəfə uşaqları çox sevdiyini və ən az 3 övladının olmasını arzuladığını deyən Hadisə Yıldırımla olan münasibətinə daha ciddi yanaşır.
Koronavirusa görə elan olunan karantin günlərini sevgilisinin evində keçirən sənətçi ötən gün yenə Kaanın Ulusdakı evinə yollanıb.