Böyük Britaniyanın Baş naziri Boris Conson altıncı dəfə ata olub.
Qadin.Net bildirir ki, “Sky News” xəbər verir ki, bu gün siyasətçinin oğlu dünyaya gəlib.Körpənin doğulduğu xəstəxanadan bildirildiyinə görə, uşaq və anası özlərini yaxşı hiss edir.Qeyd edək ki, martın 27-də Boris Consonun koronavirusa yoluxduğu məlum olub. O, aprelin 12-də müalicə aldığı xəstəxanadan evə buraxılıb.