Türkiyənin Rizə vilayətinin Sivritəpə kəndinin səmasında növbə ilə düzülmüş 40-a yaxın parlaq cisim yerli sakinlərin həyəcan və qorxusuna səbəb olub.
Qadin.Net bildirir ki, bu barədə “Hürriyet” xəbər yayıb.
Sakinlər cib telefonları ilə naməlum parlaq cisimləri qeydə alıblar. Onlar səmadakı cisimlərin bir müddət sonra süzülərək yox olduğunu bildiriblər.
Görüntüləri qeydə alan kənd sakinlərindən biri Savaş Büyükterzi həmin anları xatırlayarkən deyib:
“Eyvanda çay içən atam məni çağırdı. Səmaya baxdıqda nizamlı şəkildə hərəkət edən 35-40 səma cismi gördük. Gözlə gördüyümüz şeyləri telefon tam dəqiq qeydə ala bilmədi. Mən bu yaşıma qədər buna bənzər heç nə görməmişəm.
Böyük həyəcan keçirməklə yanaşı, təşvişə düşmüşdük. O qədər qorxmuşduq ki, “kəlmeyi-şəhadəti” belə dilimizə gətirmişdik”