Qadin.NET / 30 uşaq böyütmüş ər-arvad koronavirusun qurbanı oldu

30 uşaq böyütmüş ər-arvad koronavirusun qurbanı oldu

30 uşaq böyütmüş ər-arvad koronavirusun qurbanı oldu


30 uşaq böyütmüş yaşlı ər-arvad koronavirusdan vəfat edib.

Qadin.Net bildirir ki, bu barədə “Manchester Evening News” məlumat verib.

Böyük Britaniyanın Çeşir qraflığında yaşayan cütlüyün dördü doğma, 26 uşağı isə övladlığa götürülmə olub

Ər - 80 yaşlı Xefin Uilyams 22 il Mançester aeroportunda işləyib, həyat yoldaşı Veleri Uilyams isə bütün həyatı boyu qocalara qulluq etməklə məşğul olub.

Mart ayının əvvəlində qadın koronavirusa yoluxub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir həftə sonra Xefin Uilyamın da COVID-19 testi müsbət çıxıb və iki gün sonra xəstəxanada vəfat edib. Qadın isə ərinin dəfnindən bir gün sonra ölüb.

29 aprel 2020
GO BACK