Məşhur türkiyəli modelyer Nur Yerlitaşın ölümündən sonra vəsiyyəti ortaya çıxıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aylardır xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi iki gün öncə yatağından yıxılaraq ayağını sındırıb.
Dərhal xəstəxanaya aparılan Yerlitaş daha sonra evdə müalicə olunub. Ötən gün isə vəfat edib. Nur vəsiyyət edib ki, 7 il öncə vəfat edən anası Səadət Yerlitaşın yanında dəfn olunsun.
Qeyd edək ki, N.Yerlitaş 64 yaşında idi. O, “İşte benim stilim” yarışmasının münsifi olaraq daha da məşhurlaşmışdı