Qadin.NET / Türkiyədə plazma ilə müalicə olunan ilk xəstə koronavirusa qalib gəldi

Türkiyədə plazma ilə müalicə olunan ilk xəstə koronavirusa qalib gəldi

Türkiyədə plazma ilə müalicə olunan ilk xəstə koronavirusa qalib gəldi


Türkiyədə koronavirusa qarşı plazma müalicəsi almış ilk xəstə sağalıb.

Qadin.Net bildirir ki, “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, plazma nəqli Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzində baş tutub.Plazma nəql edilən 56 yaşlı Abidin Aybar koronavirusa qalib gələrək, reanimasiya şöbəsindən çıxarılaraq palataya yerləşdirilib.Ağır vəziyyətdə olan A.Aybara plazma köçürülməsi aprelin 5-də həyata keçirilib. Yeddi gün sonra onun koronavirus testinin nəticəsi neqativ çıxıb, 10 gün sonra isə xəstəni süni tənəffüs aparatından ayırıblar.

28 aprel 2020
GO BACK