Hollivud ulduzu Kemeron Diaz karantin günlərində izləyiciləri ilə vaxt keçirmək qərarına gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda canlı yayım açan sənətçi makiyajsız halda kamera qarşısına keçib. Lakin çox keçmədən 47 yaşlı aktrisa bu addımına peşiman olub.
Xüsusi proqram filterlərindən istifadə etməyən Kameronu izləyiciləri bəyənməyiblər. Onlar aktrisanın artıq qocaldığını, üzündə qırışların əmələ gəldiyini bildiriblər.
Qeyd edək ki, Kameron Diaz "Maska", "Çarlinin mələkləri" kimi filmlərlə məşhurlaşıb.