“Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri yenidən açılanda tibbi təhlükəsizlik çox ciddi müzakirə olunacaq”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, təhsil müəssisələrində sanitar qaydalarla bağlı tövsiyələr birmənalı olaraq nəzərə alınacaq:
“Burada şagird sıxlığı məsələsi var. Azərbaycanda şagirdlərin orta sıxlığı 20 nəfər ətrafındadır”.
“Bəzi məktəblər var ki, sıxlıq çoxdur. Həmin məktəblərdə tədrislə bağlı yeni yanaşma olacaq”, - deyə nazir qeyd edib.