Qadin.NET / Bir sözlə 7 min dollar qazanan ulduzlar

Bir sözlə 7 min dollar qazanan ulduzlar

Bir sözlə 7 min dollar qazanan ulduzlar


Amerikanın “Casumo” şirkəti Hollivud ulduzlarının kadrda dedikləri 1 sözə görə aldıqları qonorarları hesablayıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, siyahıda ən çox qazanan aktyor Tom Kruz olub. O, kadrda dediyi 1 söz üçün 7 min dollar (təxminən 11 min 900 manat) pul alır.

İkinci yerdə 5600 dollar ilə Kurt Rassel, 3-cü yerdə isə 4800 dollar ilə Conni Depp qərarlaşıb.

Aktrisalar arasında lider isə Kameron Diaz olub. Onun kadrdakı 1 sözü 4600 dollara başa gəlir.

27 aprel 2020
GO BACK