“Tədrisin dayandırılmasından sonra “Mədəniyyət” telekanalında “Teledərslər” layihəsinin icrasına başlanılıb. Aprelin 29-da bu layihənin 1000-ci buraxılışı efirə veriləcək”
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu layihədən 1 milyon 600 min şagird yararlanıb: “Əksər ölkələr bu layihəyə Azərbaycandan bir ay sonra başlayıb”.
C.Bayramov daha sonra “Virtual məktəb” layihəsi barədə danışıb.
Onun sözlərinə görə, bu layihədən 600 min şagird faydalanıb: “Eyni zamanda, 50 min müəllim qeydiyyatdan keçərək yararlanıb”