Qadin.NET / 2019-cu ilin ən gəlirli ekran işi bəlli oldu

2019-cu ilin ən gəlirli ekran işi bəlli oldu

2019-cu ilin ən gəlirli ekran işi bəlli oldu


2019-cu ilin ən gəlirli filmi məlum olub.

Qadin.Net bildirir ki, Deadline.com xəbər verir ki, sahiblərinə 890 milyon dollar gəlir gətirən “Qisasçılar: Final” filmi geridə qoyduğumuz ilin ən gəlir gətirən ekran əsəri hesab edilir.

İkinci yerdə “Soyuq ürək - 2” cizgi filmi qərarlaşıb. Cizgi filmi prokatdan 559 milyon dollar gəlir əldə edib.

Üçüncü sırada sahiblərinə 580 milyon dollar qazandıran “Kral Şir” animasiya filmi qərarlaşıb.

Siyahının ilk beşliyini 437 milyon dollar gəlirlə “Coker” və 414 milyon dollar qazanc əldə edən “Kapitan Marvel” filmləri tamamlayır.

27 aprel 2020
GO BACK