Qadin.NET / Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı

Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı

Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı


Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb


27 aprel 2020
GO BACK