Sadəcə nümayiş etdirmək üçün pul xərcləmədiyini və çantalarının bahalı markaların yalnız surəti olduğunu açıqlayaraq, diqqəti özünə çəkən Türkiyə pop səhnəsinin “superstar”ı Ajda Pekkan “Kanal D”də yayımlanan “2.Sayfa” gündəlik maqazin proqramının canlı efirinə “Skype” vasitəsilə qoşularaq, səmimi etirafları ilə heyrət doğurub.
Qadin.Net Oxu.Az -a istinadən xəbər verir ki, məşhur sənətçi övlad sahibi olmağa cəsarət etmədiyini bildirərək, altı dəfə aborta getdiyini dilə gətirib.
74 yaşlı A.Pekkan “Kaş evli olaydım, bu evlilik 30-40 il davam edəydi. Bu cür düşündüyünüz olubmu?” sualına belə cavab verib:
“Evlilik heç zaman 30-40 il sürmür. Pişik saxlamaqla özümü ovutmağa çalışdım. Altı dəfə abort etdirdim, uşaq istəmədim. Öz həyatımı təmin edə bildim, çətinliklə ayaq üstə dura bildim. Kişilər səhnədəki şöhrətimi evdə pijama və başmaqlarda görünməyimlə qarışdırmaq istəmirlər. Onlar evdə də məni səhnədəki kimi görmək arzusundadırlar. Mən hər dəqiqə səhnədə olduğum kimi ola bilmərəm”.