Qadin.NET / Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək

Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək

Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək


Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.          

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək.

Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir. Müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.   

Bu və ya digər səbəblərə görə, müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə bu prosedurda iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.  

Proses barədə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki, 2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib.

Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması yoxlanılıb. 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.

27 aprel 2020
GO BACK