Qadin.NET / Acun Ilıcalı: “Estetik əməliyyat etdirməmişəm, heç düşünmürəm də” - VİDEO

Acun Ilıcalı: “Estetik əməliyyat etdirməmişəm, heç düşünmürəm də” - VİDEO

Acun Ilıcalı: “Estetik əməliyyat etdirməmişəm, heç düşünmürəm də” - VİDEO


Reytinqləri alt-üst edən “Survivor” realiti-şousunun aparıcısı, iş adamı Acun Ilıcalı proqramın yayımına gələn zaman üzündəki şişliklər məşhuru dilə-dişə salıb.

 Qadin.Net oxu.az-a istinadən  xəbər verir ki, şounu diqqətlə izləyən tamaşaçılar sosial mediada Acunun estetik əməliyyat keçirdiyini yazıblar.

Bununla bağlı A.Ilıcalı “Kanal D”də yayımlanan “2.Sayfa” gündəlik maqazin proqramına açıqlama verib. O, estetik əməliyyat keçirmədiyini söyləyib:

“Heç zaman estetik əməliyyat etdirməmişəm. Bu barədə heç düşünmürəm. Estetik əməliyyat etdirənlərə də pis baxmıram. Yerində edilən estetik əməliyyat qadınları kənardan gözəl göstərir”. 

“Yeni geyindiyi corabları bir dəfə istifadə edəndən sonra atır” iddialarına isə iş adamı belə cavab verib.

“Geyindiyim yeni corabı bir daha geyinmirəm, ayağımın ölçüsü 45-dir, corablar yuyulduqdan sonra balacalaşır. Yuyulduqdan sonra eyni corabı ayağıma geyinəndə dartılmağa başlayır. Bundan nifrət edirəm. Uzun illərdir ki, ayağıma daha çox başmaq geyinirəm. Ayağımı sıxan şeylərdən xoşum gəlmir. İldə 20-30 gün ayaqqabı geyinirəm, buna görə corablarla “barışmıram”.

Geyindiyi qara köynəklərlə diqqət çəkən A.Ilıcalı deyib: “Eyni vəziyyət köynək üçün də keçərli deyil. Təxminən 300-400 ədəd qara köynəyim var”.

27 aprel 2020
GO BACK