Qadin.NET / Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel koronavirusa görə 1 aydır ailəsini görmədiyini deyib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Tolqa bu hada "İkinci Sayfa" proqramına açıqlamasında söyləyib.

2017-ci ildə aktyorluğu atıb TIR sürücüsü olan Tolqa Amerikaya köçüb və orada Sarah Skott adlı xanımla ailə qurub. Karel ABŞ-da koronavirus infeksiyası ərəfəsində yaşadığı çətin anlardan bəhs edib.

"Ötən ay böyrəklərimdə problem yarandı, həkimə getdim. Rentgen üçün 3500 dollar istədilər. Dedim , siz rengten çəkin, böyrəyim də sizdə qalsın, əvəz-əvəz olaq. Ölsəm də, o pulu vermərəm" sözlərini söyləyib.

Keçmiş aktyor bildirib ki, ailəsini qorumaq üçün 1 aydır TIR-da yaşayır:

"Nə qədər diqqət etsək də, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədilər. Həyat yoldaşımı da 1,5 ildir işlədiyi yerdən çıxarıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmalı olacağın yük var dedilər. Gedib yükə baxdım, 12 cəsəd... Şok oldum, amma koronavirusdan ölən həmin 12 insanın meyidini daşıdım".

Qeyd edək ki, Tolqa və Günay illər əvvəl ailə qurub və ayrılıblar. Onların bu nikahdan bir oğlu var

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO

Tolqa Karel:"12 cəsəd daşıdım"-FOTO


27 aprel 2020
GO BACK