“Evdə tək qalmıram. Köməkçilərim var. Alış-verişə sürücüm gedir. Mahnılar yazıram, kompozisiyalara qulaq asıram, arxivlərlə maraqlanıram. Nə qədər ora-bura qaçmışıq, heç vaxt öz dəyərlərimizlə maraqlanmamışıq. Koronavirus bizə bu dəyəri xatırlatdı”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin “super starı”, müğənni Ajda Pekkan “Kanal D”də yayımlanan “2.Sayfa” gündəlik maqazin proqramının canlı efirinə “Skype” vasitəsilə qoşularkən dilə gətirib.
İllərə meydan oxuyan 74 yaşlı pop diva karantin günlərini necə keçirdiyi barədə danışarkən səmimi etirafları ilə verilişin aparıcılarını məəttəl qoyub:
“Göstəriş üçün pul xərcləmirəm. Çantalarım bahalı markaların surətidir, orijinal deyil. Düz-əməlli heç bir zinət əşyam da yoxdur. Belə şeylərə pullarımı xərcləməmişəm. Ən əsası insanın özüdür. Məndən önəmli bu həyatda heç nə yoxdur”
[media=https://baku.tv/az/soubiznes/17710/]