Qadin.NET / Dünyada koronavirus nə vaxt bitəcək?

Dünyada koronavirus nə vaxt bitəcək?

Dünyada koronavirus nə vaxt bitəcək?


Sinqapur Texnologiya və Dizayn Universitetinin alimləri COVID-19 infeksiyasının bitməsi ilə bağlı proqnozlar verib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, alimlər bir neçə ölkədə koronavirus infeksiyasının bitmə tarixini açıqlayıblar. Siyahıda ilk Hindistan qeyd edilib. Bildirilib ki, burada virus 21 maya qədər 97 faiz azalacaq.

Sinqapurda isə koronavirus mayın 5-nə qədər 97 faiz azalacaq, iyunun 4-də isə bitəcək.

ABŞ-da COVID-19 mayın 11-də 97 faiz, İtaliyada mayın 7-nə kimi 97 faiz az olacaq.

Koronavirus İranda mayın 10-da, Türkiyədə 15-də, Böyük Britaniyada 9-da, İspaniya və Fransada mayın 3-də azalacaq. Alimlər qeyd ediblər ki, Almaniyada virusun bitməsi aprelin 30-da, Kanada da isə mayın 16-da gözlənilir.

Alimlər onu da vurğulayıblar ki, COVID-19 bütün dünyada dekabrın 8-də 100 faiz bitəcək.

Hesablamalar hazırda ölkələrdə koronavirusla bağlı olan yoluxmalar və sağalmalarla bağlı rəqəmlərə əsasən aparılıb.

26 aprel 2020
GO BACK