Qadin.NET / “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO


“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 27-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin beş günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO


26 aprel 2020
GO BACK