Rusiyalı müğənni Dima Bilan uzunmüddətli reabilitasiya üçün psixiatrik klinikaya yerləşdiriləcək.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb isə sənətçinin spirtli içki və narkotik maddələrə olan asılılığıdır.Dimaya yaxın mənbə bildirib ki, o artıq musiqi karyerasını bitirməli və uzun müddət müalicə olunmalıdır:“Kokaindən istifadə etdiyinə görə onun yuxarı udlaq hissəsi zədələnib. Hazırda səsindəki problemlərə görə də konsertlərdə çıxış edə bilməz. Bundan başqa, ciddi psixoloji pozuntuları da var”.Qeyd edək ki, bir müddət əvvəl Dimanın səs tellərindən əməliyyat olunduğu bildirilmişdi.