Qadin.NET / Kanye Uest milyarder oldu

Kanye Uest milyarder oldu

Kanye Uest milyarder oldu


Qadin.Net bildirir ki, tanınmış biznes jurnalı "forbes"-in ekspertləri amerikalı hip-hop ifaçısı Kanye Uesti milyarderlər siyahısına salıb.  

Repçiyə rəsmi olaraq milyarder statusu maliyyə hesabatlarını açıqladıqdan sonra verilib.

Jurnalistlər Uestin malik olduğu “Yeezy” markasının gəlirliliyini qiymətləndiriblər. Brendin “Adidas” şirkəti ilə əlaqəsini nəzərə alaraq, ekspertlər repçinin sərvətini 1,3 milyard dollar məbləğində dəyərləndiriblər.

Lakin Uestin özü mütəxəssislərin qiymətləndirməsi ilə razı deyil.

“Bir milyard deyil, 3,3 milyard dollar. Axı “Forbes”də heç kim hesablaya bilmir”, - deyə müğənni bildirib.

Repçi uzun müddətdir ki “Forbes”i milyard dollarlıq sərvətə malik olduğuna inandırmağa çalışır.

“Onlara 890 milyon dollarlıq qəbz göstərmişəm, lakin onlar məni yenə də milyarder adlandırmırlar”, - deyə nəşr Uestin sözlərini sitat gətirir.

26 aprel 2020
GO BACK