Qadin.NET / Keyt Middltonun donu müflis olan şirkəti xilas etdi-FOTO

Keyt Middltonun donu müflis olan şirkəti xilas etdi-FOTO

Keyt Middltonun donu müflis olan şirkəti xilas etdi-FOTO


Londonun 90-cı illərdə məşhur olan "Ghost” markası Kembric hersoginyası Keyt Middltonun sayəsində yenidən populyarlıq qazanmağa başlayıb.

Qadin.Net bildirir ki, “Daily Mail” nəşri bildirir ki, 1984-cü ildə təsis olunan brend 90-cı illərin ən sevimli brendlərindən biri olub, lakin 2004-cü ildə şirkət 72 min funt sterlinq (151 min manat) zərərə uğrayıb və 2008-ci ilin böhranında, demək olar, müflis olub.

Qeyd edilir ki, Keyt Middltonun “Ghost”un paltarında görünməyi ilə brend yenidən dəbə minib. Şahzadə Vilyamın həyat yoldaşı bu markanın yasəmən rəngində üzərində güllü print olan donunda BBC telekanalında verilişə çıxdıqdan sonra 90 funt sterlinq (188 manat) dəyərində olan paltarın bütün nümunələri brendin saytından alınıb.

Keyt Middltonun donu müflis olan şirkəti xilas etdi-FOTO


26 aprel 2020
GO BACK